Cənubi Koreyada Formula 1 kokteylinin klinik tədqiqatı

Koreyada Milli Statistika Bürosundan təzəlikcə alınan məlumatlar bu ölkədə əhalinin təxmini üçdə birinin - təxmini 10 mln. nəfər artıq çəkiyə malik olduğu və onların sayının sürətlə artdığına (ildə 400 min nəfər) dəlalət edir.

Tədqiqatın məqsədi arıqlama və optimal bədən çəkisinin saxlanması vasitəsi kimi zülalla zəngin qida əvəzedicilərinin effektivliyinin təsdiqlənməsidir. Rəhbər -professor Belonq Ço, Seul Milli Universitetinin ailə tibbi şöbəsi, Herbalife Elmi-Konsultasiya Şurasının üzvü.

Tədqiqatda artıq çəkili 75 nəfər iştirak edib və tədqiqat 12 həftə ərzində davam edib. Bütün iştirakçılar 2 qida qəbulunu Formula 1 Protein kokteyli ilə əvəz edib. Bu zaman birinci qrupun iştirakçıları standart zülal miqdarı ilə pəhriz saxlayıb (bütün alınan kalorilərin təxmini 15%-i), digər qrup isə Formula 3 Protein qarışığını əlavə etməklə Formula 1 kokteylini qəbul edib və beləliklə ikiqat zülal porsiyası qəbul edib.

Eksperimentin 12 həftəsindən sonra hər iki qrupda iştirakçılar arıqlayıb, lakin yüksək zülal miqdarı ilə pəhriz saxlayan iştirakçılar bədənin əzələ kütləsi hesabına deyil piyin daha çox itirilməsi hesabına arıqlayıb

Tədqiqat zülalla zəngin qida əvəzedicilərinin arıqlama və optimal bədən çəkisinin saxlanması vasitəsi olduğunu təsdiq edib. Tədqiqatın nəticələri "International Journal of Clinical Practice» (Beynəlxalq klinik təcrübə jurnalı) fevral buraxılışında dərc olunub.

Prof. Belonq Ço: "Bu işləmələr zülalla zəngin qida əvəzedicilərinin etibarlı arıqlama və orqanizmdə piy çöküntülərinin azaldılması vasitəsi olduğunu göstərir. Koreya əhalisi arasında ilbəil artan piylənmə problemini nəzərə alsaq çəkinin effektiv azaldılması məsələsi daha aktual olmağa başlayır. Biz zülallı qida əvəzedicilərinin arıqlama üçün effektivliyini və bütün dünyada piylənmə probleminin həllinə imkan yaradacağını nümayiş etdirdik".