Klinik tədqiqatlar

Herbalife şirkəti müntəzəm olaraq bütün dünyada aparıcı mütəxəssis və institutların vasitəsilə öz məhsullarının klinik sınaqlarını keçirir. Bütün tədqiqatlar Helsinski Bəyannaməsinin etik prinsipləri, GGP qaydaları (Good Clinical Practice, Lazımi Klinik Təcrübə) və qüvvədə olan normativ tələblərə uyğun aparılır.

"Klinik tədqiqat" nədir?

Bu insanlar üzərində aparılan elmi eksperimentdir. Bu cür yanaşma müəyyən məhsulun öyrənilməsi, qiymətləndirilməsi və təhlilinə imkan verir. Klinik tədqiqat hər zaman elmi cəhətdən əsaslanmışdır və dəqiqliklə sənədləşdirilir. Bu zaman əsas olan tədqiq olunanın hüquqları, təhlükəsizliyi və sağlamlığının elm və cəmiyyətin maraqları üzərində prioriteti prinsipidir. Tədqiq olunan tədqiqata yalnız könüllü məlumatlı razılıq əsasında daxil edilə bilər.

Bir qayda olaraq klinik tədqiqata 2 qrup insan cəlb olunur. Bu müqayisəedici məlumatların alınması üçün lazımdır. Sınaq qrupu tədqiqatçıları maraqlandıran məhsulu istifadə edir, digər qrup isə ya oxşar, ya da xüsusiyyətləri ilə fərqlənən vasitəni istifadə edir. Tədqiqat prosesində hər iki qrupun nümayəndələri tədqiqatdan öncə, tədqiqat zamanı və tədqiqat başa çatdıqdan sonra diqqətlə müşahidə olunur.