Dünyada əməkdaşlıqlar

KRİŞTİANU RONALDU
KRİŞTİANU RONALDU
Dünya futbolunun ulduzu, Portuqaliya. 

Sevimli HERBALIFE NUTRITION məhsulları:
  • Formula 1 Protein kokteyli
  • Protein batonları
Kriştianu Ronaldu indiki dövrün ən yaxşı futbolçularından biridir. O saysız-hesabsız rekordlara imza atmaqla Avropanın ən yaxşı bombardiri kimi "Qızıl Buts" mükafatının ikiqat sahibi, 2008 və 2013-cü illərdə "FİFA Qızıl topu" mükafatının ikiqat sahibi, FIFPro-nun versiyası ilə Dünyanın ən yaxşı futbolçusu, FİFA-nın  versiyası ilə Dünyanın ən yaxşı futbolçusu və Avropanın Ən yaxşı futbolçusu (Onze d’Or) seçilib. 

Bu gün Ronaldu öz uğurlu yüksəlişini Real Madrid komandasında davam etdirməklə həm İspaniya Premyer Liqası (La Liqa), həm beynəlxalq yarışlarda əla nəticələr nümayiş etdirir. 

Ronaldu öz futbol karyerasına Andorinya həvəskarlar komandasında oynamaqla 8 yaşından başlayıb. Burada onu tezliklə fərq edib "Nasonal" yerli futbol klubuna dəvət edirlər. Çempionatda qalib olduqdan sonra Ronaldu 13 yaşında müqavilə bağladığı "Sportinq" Klubuna dəvət alır. 2003-cü ildə "Sportinq"də inanılmaz uğurdan sonra Ronaldu 2009-cu ilədək, "Real Madrid"in onu futbol tarixində transferə görə ən bahalı müqavilə bağlayaraq satın aldığı anadək "Mançester Yunayted"ə keçir. İspaniya Premyer Liqasında oyunlarla yanaşı, Ronaldu həmçinin öz ölkəsinin komandasında oynayır. O Avropa Kuboku və Dünya Kuboku uğrunda oyunlarda Portuqaliyanı təmsil edir. 

Meydançadan kənarda Ronaldu xeyriyyəçiliklə məşğuldur və beynəlxalq"Uşaqları xilas edək" (Save the Children") təşkilatı, həmçinin İndoneziyada Manqra meşələrinin qorunması təşkilatının səfiridir.