Müstəqil Tərəfdaşlar üçün giriş

Sabit və inamlı artım

21.04.2017

Herbalife şirkətinin rəsmi hesabatına əsasən, 2016-cı ildə şirkətin dünya üzrə satışlarının həcmi 4,5 milyard dollara çatmışdır ki, bu da 2015-ci ilin göstəricilərinə nisbətən 6% çoxdur. Mənfəət 260 milyon dollar və ya hər səhm üzrə 3,02 dollar təşkil etmişdir. Şirkət Müstəqil Tərəfdaşların qorunub saxlanmasının faizi kimi göstərici üzrə növbəti rekordu təyin etmişdir, bu göstərici 60,9%-dək, ABŞ-da isə 75,3%-dək artmışdır. Özündə Avropanı, Yaxın Şərqi və Afrikanı birləşdirən EMEA regionunda satışların artımı ikirəqəmli ədəddən yüksək olmuş və 14% təşkil etmişdir.

Herbalife şirkətinin Baş icraçı direktoru Maykl Conson yekunları bu cür şərh etmişdir: "2016-cı il bizim üçün dinamik və rekordlu bir il olmuşdur. Bizim Müstəqil Tərəfdaşlarımız müştəriyönümlü biznesi uğurla qurmağa davam edirlər, maliyyə göstəriciləri bunu aydın sübut edir. Bundan əlavə, öz səhmlərimizi satın almaq barədə qərarımız da şirkətin səhmdarlıq dəyərini bundan sonra da artırmaq niyyətində olduğumuzun daha bir sübutudur.