Herbalife – çəkinin azaldılması üçün məhsullar kateqoriyasında 1 №-li brend!

Hadisələrdən xəbərdar olun

28.07.2017

Balanslaşdırılmış qidalanma sahəsində ekspert olan Herbalife şirkəti 2017-ci ildə çəkinin azaldılması üçün məhsullar* kateqoriyasında 1 №-li brend hesab edilmişdir. Bir il əvvəl də şirkət həmçinin, çəkiyə nəzarət üçün məhsullar kateqoriyasında 1 №-li brend hesab edilmişdi. Məhsulların üstün keyfiyyəti sayəsində Herbalife bu kateqoriyada liderliyini sabit olaraq qoruyub saxlayır.

Tədqiqatlar strateji tədqiqatlar üzrə ixtisaslaşan müstəqil şirkətlər arasında dünya lideri olan Euromonitor International tərəfindən aparılmışdır.

Euromonitor International şirkətinin ofisləri bütün dünyada yerləşir, analitikləri 80-dən artıq ölkədə işləyirlər ki, bu da tədqiq edilən brendlərin nəticələrinin maksimal dərəcədə obyektiv qiymətləndirilməsini əldə etməyə imkan verir.


*Mənbə: Euromonitor International Limited, Consumer Health 2017, çəkinin azaldılması və sağlamlıq üçün məhsullar kateqoriyalarının təriflərinə müvafiq olaraq; dəyər ifadəsində pərakəndə satışlar, 2016-cı il üçün olan məlumatlar