Bütün göstəriciləri ideal olan inqrediyentləri seçdikdən sonra onların emalına başlayırıq.
Biz məhsullarımız üçün inqrediyentlərin seçilməsi, yaradılması və hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşırıq.
Yüksəkkeyfiyyətli xammal
Hər biri müəyyən texnologiya tələb edir: soya paxlaları yağsızlaşdırılmış yulaflara çevrilir, aloe yarpaqlarından gel və şirə çıxarılır, quru və xırdalanmış çay yarpaqları isə ekstrakt alınanadək isti suda isladılır. Beləliklə inqrediyentlərimiz yüksəkkeyfiyyətli xammala çevrilir.
Çoxpilləli sınaq mərhələsi
Hər bir istehsal mərhələsində məhsullarımızın Herbalife-ın ciddi tələbləri və Lazımi istehsal təcrübəsinin (GMP) bütün tələblərinə uyğunluğunu təmin etmək üçün çoxpilləli sınaq mərhələlərini keçiririk.
Xammalın emalı mərhələsində xammalda vitamin və faydalı komponentlərin konsentrasiyasını yoxlamaq üçün onun kimyəvi və keyfiyyətli təhlilini aparır, eyni zamanda onun təmizliyi və təhlükəsizliyinə nəzarət edirik.
Ultramüasir elmi işləmələr
Herbalife Elmi-Məsləhət Şurasının Sədri, Kaliforniya Universiteti (ABŞ) yanında İnsan qidası Mərkəzinin Direktoru Devid Hiberin rəhbərliyi altında elm adamları və mütəxəssislər fəaliyyətimizin hər bir mərhələsində ultra müasir elmi tədqiqatlardan istifadə edirlər.