İstehsal

Bu mərhələdə biz xammaldan lazımi məhsul formulları yaradırıq.

Onlardan çoxu Herbalife-nun flaqman müəssisəsi - Uinston-Salem (ABŞ) şəhərində İnnovasiya və İstehsal Mərkəzində istehsal olunur. Ondan əlavə Herbalife inqrediyent və xammal istehsal edən Fine Foods (İtaliya) və Liotecnica Tecnologia em Alimentos (Braziliya) kimi digər iri müəssisələrlə də sıx əməkdaşlıqda işləyir.

Keyfiyyətin dəqiq təhlili

Herbalife müəssisələrində tərəfdaş obyektlərində olduğu kimi hazır formulların şirkətin bütün tələblərinə uyğunluğunu yoxlamaq üçün keyfiyyətin ciddi və dəqiq təhlili aparılır. Biz bu və ya digər yoxlamanın aparılmasını diqqətlə izləyir, hər partiyanın keyfiyyəti və tərkibinə nəzarət edirik.

Bütün dünyada istehsal obyektləri

Şirkət nə qədər çox genişlənsə və inkişaf etsə qarşımızda bir o qədər çox imkan açılır. Artıq indi Herbalife bütün dünyada, habelə Çin, Almaniya, Hindistan və digər ölkələrdə bir çox istehsal obyektlərinə malikdir.

İstedadlı mütəxəssis komandası

Ən müxtəlif sahələrdən istedadlı mütəxəssis və alimlərdən ibarət komandamız unikal məhsullar hazırlamaq üçün işləyir və öz işləmələri ilə heyrətləndirməyə davam edir. Biz heç vaxt nail olduqlarımızla kifayətlənmirik.