Birbaşa satış nədir

Birbaşa satış nədir?

Birbaşa satış on doqquzuncu əsrin sonlarında yaranıb. İndiki zamanda bu həm aparıcı dünya brendlərinin, həm kiçik şirkətlərin işlədiyi dinamik inkişaf edən bir sahədir.

Birbaşa satış kanalı vasitəsilə alıcılara təklif olunan mal və xidmətlər spektrinə zərgərlik məmulatları, qab-qacaq, bioloji aktiv əlavələr, kosmetika, təsərrüfat malları və hətta energetika və sığorta sahəsində məhsullar daxildir. Birbaşa satışla məşğul olan şirkətlərin ümumi illik gəlir həcmi 180 mlrd. ABŞ dollarından çoxdur. Bu gün bu sahədə yüz milyondan çox insan çalışır

İstehlakçılar üçün üstünlük

Pərakəndə ticarətdən fərqli olaraq birbaşa satışda mal və ya xidmətin təbliği stasionar nöqtələrdə deyil, şəxsi ünsiyyət zamanı aparılır. Birbaşa satış konsultantları potensial müştərilərlə sıx şəxsi münasibətləri qaydaya salır, məhsul barədə dəqiq təqdimat hazırlayır, həmçinin, onun çatdırılmasını həyata keçirir və zəmanət təqdim edir. İstehlakçıların şəxsi vaxtını və fərdi yanaşmanı daha çox qiymətləndirdiyi sosial şəbəkələr dövründə bu cür fərdiləşdirilmiş xidmətlər xüsusi aktuallığa malikdir.

Konsultantlar üçün üstünlük

Bütün dünyada milyonlarla insan öz seçimini birbaşa satış xeyrinə edir. Bəzi insanların şirkətlərin məhsul və xidmətləri xoşuna gəlir, buna görə də həmin insanlar onları endirimlə əldə etmək istəyir. Digərləri isə dostlarına, qohumlarına və tanışlarına məhsulların realizə olunmasında iştirak etməyi təklif edir və onların satışından komissiya əldə edir. Daha uğurlu konsultantlar müstəqil distribüterlər şəbəkəsini yaratmaqla öz bizneslərini genişləndirir və bu sahədə yaxşı karyera qurur. Müstəqil birbaşa satış biznesini açmaq üçün xərclər françayzinqlə müqayisədə daha azdır, risklər isə daha minimaldır.

Herbalife

Herbalife dünyada birbaşa satışla məşğul olan üç aparıcı şirkətdən biridir və balanslaşdırılmış qidalanma, sağlam həyat tərzi sahəsində liderdir. Məhsullarımız 95-dən çox ölkədə təqdim olunub. Onların keyfiyyəti ekspertlər cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq Birbaşa Satış Assosiasiyasına daxil olduğu andan etibarən Herbalife onun Etik Kodeksinə qeyd-şərtsiz əməl edir. Bu Etik Kodeks istehlakçıların hüquqlarını qorumaq və dürüst rəqabət şəraitini təmin etmək üçün nəzərdə tutulub.

Herbalife-ın biznes modeli birbaşa satış sahəsində ən effektiv modellərdən biridir. Şirkətin dövriyyəsinin təxmini 73%-i ödəniş və mükafat şəklində Müstəqil Tərəfdaşlara qayıdır. Şirkət ən müasir təlim proqramlarını, o cümlədən, aparıcı dünya ekspertlərinin iştirakı ilə beynəlxalq təlimlər, daimi əks əlaqə, reklam və informasiya dəstəyini təmin edir.