Herbalife is the #1 weight management and well-being brand in the world.*

Keyfiyyətə nəzarət

Herbalife şirkətinin bütün məhsulları müəyyən olunan keyfiyyət standartlarına tam uyğundur.

Herbalife məhsulları Beynəlxalq istehsal təcrübələri, həmçinin dərman vasitələri, bioloji aktiv əlavələr, tibbi məlumatlar, ərzaq məhsullarının beynəlxalq istehsal norma və qaydaları sistemini təşkil edən GMP (Good Manufacturing Practice) tələbləri, o cümlədən ərzaq məhsulları təhlükəsizliyinin menecmenti sisteminin, "Kritik nəzarət nöqtələri və risklərin təhlili" (HACCP) sisteminin tələblərinə uyğundur.

HACCP sistemi - məhsulların təhlükəsizliyinə əhəmiyyətli təsir göstərən amillərin sistematik identifikasiyası, qiymətləndirilməsi və idarə olunmasını nəzərdə tutuan konsepsiyanın həyata keçirilməsi üçün lazım olan sənədlərin təşkilati strukturu, istehsal prosesləri və resurslarının məcmusudur. Aİ, ABŞ, Kanada, Avstraliya və digər inkişaf etmiş ölkələrdə HACCP sistemi bütün ərzaq müəssisələri və onlarla analoji müəssisələr üçün vacibdir. 2013-cü ilin iyul ayından HACCP Rusiya, Qazaxıstan və Belarusda ərzaq məhsullarının istehsalı zamanı vacib sistemdir. Herbalife Keyfiyyətin təmin olunması Departamenti məhsulların beynəlxalq istehsalın təşkili və keyfiyyətə nəzarət qaydalarına uyğun yüksək keyfiyyət standartları və təhlükəsizlik tələblərinin qarşılamasını təmin edir.

Herbalife şirkəti məhsullarımızın yayıldığı ölkələrin qanunvericiliyinə tam uyğun şəkildə fəaliyyət göstərir. Lisenziyalaşdırma Şöbəsi məhsulların zəruri tənzimləyici tələblərə uyğunluğunu təmin edir, həmçinin məhsullarının uyğunluğunun dövlət qeydiyyatı, bəyannamə və serfitikasiya formasında (nümunələrlə keçidə daxil olaraq tanış ola bilərsiniz) uyğunluğunu təsdiq edir.

Dövlət qeydiyyatı çərçivəsində Lisenziyalaşdırma Şöbəsi dövlət hakimiyyəti orqanları, istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti (Rusiya istehlaka nəzarət), "Qidalanma və biotexnologiya FTM" FDBEM (RTEA Qidalanma ETİ), Rusiya istehlaka nəzarət "Federal Gigiyena və Epidemiologiya Mərkəzi" FDBSM kimi ekspert təşkilatları, həmçinin akkreditasiya olunmuş sınaq laboratoriyaları ilə qarşılıqlı əlaqədədir.

Bu gün şirkət çoxsayllı sənaye, ticarət təşkilatları və ictimai təşkilatların fəal iştirakçısı, Pəhriz/ərzaq məhsulları istehsalçılarının Beynəlxalq Assosiasiya Alyansının təsisçisi, Ümumdünya Birbaşa Satış Assosiasiyasının üzvüdür. 1998-ci ildən Herbalife Rusiya Birbaşa Satış Assosiasiyasının baş üzvü, "Qidaya bioloji aktiv əlavələrin İstehsalçılarının İttifaqı" ÖTT-nın fəal üzvü, 2010-cu ildən isə Milli Diyetoloq və Nutrisioloqlar Assosiasiyasının (Rusiya, MDNA) üzvüdür.

Müştəri olmaq