Herbalife bu gün

Herbalife

-sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq korporasiyadır. 1980-ci ildən şirkət balanslaşdırılmış qidalanma, çəkiyə nəzarət və fərdi qulluq üçün birbaşa satış vasitəsilə məhsulları hazırlayır və satır. Məhsul xəttində 130-dan çox adda məhsul, o cümlədən, proteinli kokteyllər və batonlar, BAƏ, enerji və fitnes içkiləri, dəriyə və saça qulluq üçün vasitələr təqdim olunub.

Herbalife məhsulları istehlakçılara konsultasiya verən və məhsulların alınmasında köməklik göstərən Müstəqil Tərəfdaşların geniş şəbəkəsi vasitəsilə dünyanın 95-dən çox ölkəsində yayılıb.

Şirkət Ukrayna və Latviyada öz fəaliyyətinə 2002-ci ildə, Litva və Estoniyada isə daha gec, yəni 2003-cü ildə başlamışdır. 2011-ci ildən etibarən şirkət rəsmi olaraq Monqolustan, Belarus və Gürcüstanda təmsil olunur. 2012-ci ildə Qazaxıstanda ilk Satış Mərkəzləri yarandı. Qırğızıstan və Azərbaycanda isə şirkət 2013-cü ildə biznes aparmağa başlayıb.

Missiyamız

- Müstəqil Tərəfdaşlar üçün şirkətlə tərəfdaşlıq zamanı sərfəli biznes aparmaq, müştərilər üçün isə sağlam həyat tərzi üçün keyfiyyətli məhsullardan istifadə etmək imkanı təqdim edərək insanların həyat keyfiyyətini artırmağa kömək etmək.

Herbalife-ın səhmləri NASDAQ və NYSE birjalarında qiymət təyin olunur.

Məhsulların keyfiyyəti

Herbalife şirkətində keyfiyyətə xüsusi diqqət ayrılır. Şirkətin məhsulları təmsil olunduğu bütün ölkələrdə qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiya olunub. Azərbaycanda bu Səhiyyə Nazirliyinin nəzdində Respublika Sanitariya-Karantin Müfəttişliyidir. Həmçinin məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan AZS milli sertifikatlaşdırma sisteminə uyğunluqla bağlı təsdiqdən keçir.

Yüksək ixtisaslı mütəxəssislər, müasir avadanlıq və bütün istehsal mərhələlərində nəzarət məhsullarımızın ən ciddi keyfiyyət standartlarına uyğunluğunu təmin edir. Şirkətdə “Əkilmiş toxumdan süfrənizdəki məhsula qədər” adlı konsepsiya qəbul edilib. Bu konsepsiya çərçivəsində 14 mərhələli yoxlama aparılır. Onun həyata keçirilməsinə 10 xüsusi laboratoriya və elmi dərəcəsi olan 300 ştat əməkdaşı cəlb olunub.

Elm sahəsində liderlik

Tərkibində dünyanın müxtəlif ölkələrindən 20 nüfuzlu alimin olduğu Herbalife-ın Elmi-konsultasiya şurası yeni məhsulların hazırlanması, effektiv inqrediyentlərin axtarışı, sınaqdan keçirilməsi ilə məşğul olur, həmçinin, Herbalife-ın Müstəqil Tərəfdaşlarının təlimində iştirak edir.

Herbalife-ın dəstəyi sayəsində 2003-cü ildə Kaliforniya Universiteti (ABŞ) Mark Hyuz adına Hüceyrə və molekulyar qidalanma laboratoriyasını açmışdır. 2010-cu ildə şirkət şəxsi informasiya-tədris interaktiv resursu “Herbalife Qidalanma İnstitutu” yaratmışdır.

Peşə və sahə birliklərində iştirak

Herbalife 70-dən çox elmi, sənaye və ictimai təşkilatın fəal iştirakçısıdır. Herbalife Pəhriz/qida məhsulları istehsalçılarının beynəlxalq alyansının (IADSA), Məsuliyyətli Qidalanma Avropa Alyansının (ERNA) və Sağlam Qidalanma Şurasını (CRN) təsisçilərindən biridir. Rusiyada Herbalife həmçinin BAƏ İstehsalçılarının Qeyri-kommersiya Tərəfdaşlığının, Diyetoloq və Nutrisioloqların Milli Assoasiyasının və Rusiyanın Birbaşa Satış Assosiasiyasının fəaliyyətində iştirak edir.

İdman sahəsində tərəfdaşlıq

2016-cı ildə Herbalife brendinin səfirləri olimpiya çempionları Aleksey Yaqudin və Tatyana Totmyanina, Vik Uayld və Alena Zavarzina olmuşdu.

Herbalife 150-dən çox beynəlxalq və regional miqyaslı World Football Challenge, Bədən Tərbiyəsi və İdman Beynəlxalq Festivalı və s. kimi idman tədbirlərinin sponsoru kimi çıxış edir.

Biz 100-dən çox peşəkar idmançıya dəstək oluruq. Onlardan biri “Real Madrid” ispan klubunun Portuqaliyanın futbol yığmasının hücumçusu Kriştianu Ronaldudur. Herbalife həmçinin 25-dən çox aparıcı futbol klubunun, o cümlədən, “Şalke 04” (Almaniya), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Niderland), PSV (Niderlan), “Atletiko Madrid” Qadın komandası (İspaniya), “Los-Anceles Qeleksi” (ABŞ), “Şaxter” (Ukrayna), BATE (Belarus) və s. klublarının qidalanma üzrə sponsorudur.

2010-cu ildə Rusiya və MDB ölkələrinin ərazisində “Herbalife komandası” proqramını işə salmışıq. Bu təşəbbüsün çərçivəsində Müstəqil Tərəfdaşlarımız kütləvi idman tədbirlərində iştirak edərək şəxsi nümunələri ilə sağlam həyat tərzi ideyasını təbliğ edir.

Herbalife 70-dən çox elmi, sənaye və ictimai təşkilatın iştirakçısıdır.

Herbalife istehlakçıların hüquqlarını qoruyan və birbaşa satış biznesinin yüksək etika standartlarını dəstəkləyən Birbaşa Satış Assosiasiyalarının Ümumdünya Federasiyasının iştirakçısı və Rusiyanın Birbaşa Satış Assosiasiyasının böyük üzvü oldu.

Herbalife Pəhriz/qida məhsulları istehsalçılarının beynəlxalq alyansının (IADSA), Məsuliyyətli Qidalanma Avropa Alyansının (ERNA) və Sağlam Qidalanma Şurasının (CRN) təsisçilərindən biridir.

Rusiyada Herbalife məqsədi BAƏ-in istehsalının inkişafı və təkmilləşdirilməsi, və onların yayılması, həmçinin, BAƏ dövriyyəsində iştirak edən istehlakçıların və istehsalçıların hüquqlarının qorunması olan BAƏ İstehsalçılarının Qeyri-kommersiya Tərəfdaşlığının iştirakçısıdır.

2010-cu ildən Herbalife Diyetoloq və Nutrisioloqların Milli Assoasiyasının üzvüdür. Öz tədqiqatları əsasında assosiasiya tədris fəaliyyəti aparır və diyetologiya, nutritsiologiya sahəsində qabaqcıl bilikləri yayır.

Mükafatlar (Daha çoxunu görmək üçün ili seçin və ya taymlaynı çəkin)

Выбор года Казахстан
Выбор года Киргизия
Спортивная Россия
Выбор года

Daxil olmaq üçün minimal şərtlər

Alınan məhsulların minimal mütləq həcmi yoxdur, ilkin xərclər isə çox deyil. Herbalife ilə Tərəfdaşlığınıza başlamaq və burada uğur qazanmaq üçün məhsulları və ya biznes vasitələrini əldə etmək vacib deyil.

Geri qaytarılmasına zəmanət

Hər hansı səbəbdən Tərəfdaşlıqdan imtina etdiyiniz zaman Müstəqil Tərəfdaş Dəstinə xərclənən vəsaitləri 90 gün ərzində tamamilə geri qaytarmaq imkanı.

Keçən 12 ay ərzində sifariş olunan, orijinal qablaşdırmada istifadə olunmayan məhsullar və ya reklam materiallarına görə vəsaitlərin geri qaytarılmasına 100% zəmanət, həmçinin, hər hansı səbəbdən Tərəfdaşlıqdan imtina etdiyiniz zaman Şirkətə geri qaytarılan məhsulun çatdırılma dəyərinin əvəzinin ödənilməsi.

Potensial gəlir barədə əvvəlcədən məlumat əldə etmək imkanı*

Biz Mükafatların Orta Səviyyəsi barədə Hesabatda Müstəqil Tərəfdaşın potensial gəlirinə dair başa düşülən, dəqiq və vaxtlı-vaxtında məlumat veririk.

Yazılı təsdiq

Biz hər yeni Müstəqil Tərəfdaşdan onun Müstəqil Tərəfdaş statusunun alınması üzrə Ərizəsi və Müqaviləni qəbul etməzdən əvvəl hər bir Qızıl Standart zəmanəti barədə məlumatlarının olmasını yazılı şəkildə təsdiq etməsini xahiş edirik.

Məhsullara və biznes imkanlarına dair aydın təlimatlar

Hər məhsulun üstünlükləri və istifadə üsulları məhsul etiketində və ya məlumat xarakterli materiallarda elə şəkildə təsvir olunub ki, lazım olan məhsul ən yaxşı nəticəyə nail olmaq üçün düzgün istifadə olunsun.

Məhsulların təsdiqlənmiş xüsusiyyətlərini və onlar barədə məlumatı Müstəqil Tərəfdaş Dəstində məhsullar üzrə Soraq kitabçası və digər rəsmi ədəbiyyatda, həmçinin az.MyHerbalife.com saytında tapmaq mümkündür.

Biz biznesin imkanları və bu və ya digər səviyyədə uğurlu iş üçün lazım olacaq səylərə dair real proqnozlar veririk.

Herbalife və Müstəqil Tərəfdaşlarımız ən yüksək etik davranış standartlarına sadiqdir.

Əgər Sizə Herbalife məhsulları və onların xüsusiyyətlərinə dair təsdiqlənməmiş bəyanatlar, həmçinin, potensial gəlirlər haqqında Orta Mükafat Səviyyəsi barədə Hesabata uyğun olmayan yanlış bəyanatlar və yaxud bu və ya digər Müstəqil Tərəfdaşın şübhəli davranışı barədə məlum olarsa, 0 888 71 71 71 telefon nömrəsi ilə İnformasiya Dəstəyi Şöbəsi ilə əlaqə saxlayın.

Yalnız birlikdə işləyərək biz Herbalife-ın ŞİRKƏTİN Müştərilərinin maraqlarının qorunmasına dair Qızıl Standartını dəstəklədiyinə zəmanət verə bilərik.

* Göstərilən gəlirlər və biznesin təbliği vasitələri fərdidir və tipik deyil.